Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında çıxış edən deputat Elman Məmmədov dövlət əleyhinə danışanlara qarşı sərt tədbirlər görülməsini təklif edib.
Modern.az-ın məlumatına görə, parlamentari qeyd edib ki, ölkə daxilində bəzi dairələr dövlətin təhlükəsizliyinə qarşı fikirlər səsləndirir.
E.Məmmədov qeyd edib ki, həmin şəxslərə qarşı sərt adımmlar atılmalıdır:
“Oturublar, ağıllarına gələni danışırlar. Xaricdə oturanları başa düşdük, onları həbs etmək bizim səlahiyyətimizdə deyil. Yaxşı, bəs Azərbaycanın daxilində oturanlar niyə həbs edilmir? Dövlətin təhlükəsizliyi üçün təhdid yaradanlar haqqında qanunun ən sərt üzü göstərilməlidir".