Modern.az

Şəhid Səbuhinin qardaşının hər iki videosu araşdırılır - PROKURORLUQ

Şəhid Səbuhinin qardaşının hər iki videosu araşdırılır - PROKURORLUQ

16 Sentyabr 2022, 16:52

"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Baş Prokurorluqdan bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi