Modern.az

“El” hərəkatı yeni ofisinə polisin basqın etdiyini bildirir

“El” hərəkatı yeni ofisinə polisin basqın etdiyini bildirir

5 Aprel 2013, 15:15

"El” hərəkatının mətbuatda yerini gizli saxladığı yeni ofisinə basqın edilib. Bu barədə Modern.az “EL” hərəkatının idarə heyətinin sədri Eldar Namazov məlumat verib. Yeni ofislərinin Binəqədi rayonu ərazisində yerləşdiyini deyən E.Namazov əraziyə xeyli sayda polis əməkdaşlarının cəlb olunduğunu bildirib:

“Yarım saat bundan öncə bizə məlumat daxil oldu ki, ofisə basqın olunub. Binəqədi rayon icra başçısının birinci müavini, polis rəisi, rayonun bölmə rəisinimn rəhbərliyi ilə xeyli sayda polis əməkdaşları ofisi mühasirəyə alıblar. Ofisin qarşısına post qoyublar ki, girmək mümkün olmasın.

Ev sahibinin qanuni tələbinə heç bir cavab vermirlər. Mən hazırda ofisdə deyiləm. Biz texniki işlərlə məşğuluq. Ofisimiz Binəqədi rayonu ərazisində yerləşir”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu