Bu gün Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) qadın qolu təsis olunub. Modern.az xəbər verir ki, YAP-çı millət vəkili, Məlahət İbrahimqızı İCAPP-ın qadınlar təşkilatının həmsədri seçilib.
İCAPP-a 70 ölkədən 300 partiya daxildir.
Xatırladaq ki, iclasa Məlahət İbrahimqızı sədrlik edib. Konfransda bir sıra millət vəkili, xarici nümayəndələr iştirak edib. Toplantının sabah yekunlaşacağı gözlənilir.
Aqşin Kərimov