““El” hərəkatının ofisinə polislərin basqın etməsi xəbəri tamamilə yalandır”. Bunu Modern.az saytına açıqlamasında Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov deyib.
“El-oba bilirik nədir. Amma mən “El” hərəkatını birinci dəfədir eşidirəm. Belə bir hadisə olmayıb, yalandır”-deyə polis rəisi açıqlama verib.
Qeyd edək ki, “El” hərəkatının lideri Eldar Namazov saytımıza açıqlamasında Binəqədi rayonunda yerləşən ofislərinə polislərin basqın etdiyini bildirib.
Anar RÜSTƏMOV