Modern.az

Azərbaycanın xarici səfirliklərində yeni vəzifə yaradıldı

Azərbaycanın xarici səfirliklərində yeni vəzifə yaradıldı

5 Aprel 2013, 16:01

Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifə təsis edilib. Aprelin 5-də Milli Məclisdə bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edilib.

Milli Məclisin plenar iclasında qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılmasını, səfir müavininin baş konsulun statusu ilə eyniləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, səfir müavini, daimi nümayəndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müddətində müəyyənləşdirilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu