Modern.az

Naxçıvanda Ermənistanın PUA-sı VURULDU

Naxçıvanda Ermənistanın PUA-sı VURULDU

17 Sentyabr 2022, 11:43

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan düşmən cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətini davam etdirir.

 

Modern.az xəbər verir ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti növbəti erməni təxribatı barədə məlumat yayıb.

M​​​​​əlumata görə, sentyabrın 16-sı gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edib. Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri xüsusi texniki vasitələrlə düşmən PUA-sını endirilərək zərərsizləşdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU