Modern.az

Qənirə Paşayeva: “Prezident səviyyəsində iradə ortaya qoyulub, məsələ niyə reallaşmır?”

Qənirə Paşayeva: “Prezident səviyyəsində iradə ortaya qoyulub, məsələ niyə reallaşmır?”

5 Aprel 2013, 16:12


"Nə üçün 4 ildir dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı ayrılan vəsait xərclənmədən yenidən büdcəyə qayıdır?". Modern.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Hesablama Palatasının illik  hesabatı ətrafında müzakirələr zamanı deyib. O,   Hesablama Palatasının illik hesabatında icbari tibbi sığortanın tətbiq olunmamasından narahatlığını ifadə edərək bildirib:

“Hesabatda qeyd olunur ki, 4 ildir bu sahəyə dövlət büdcəsindən vəsait ayrılsa da, xərclənmədiyindən yenidən büdcəyə qaytarılır. Halbuki icbari tibbi sığorta tətbiq edilməyənədək ölkədə səhiyyənin istənilən inkişafından danışmaq olmaz. Dünyada səhiyyə sistemi tibbi sığorta üzərində qurulub, tibbi sığortasız normal səhiyyə sistemini təsəvvür etmək mümkün deyil".

Deputatın qeyd etdiyinə görə, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı ölkə Prezidenti səviyyəsində iradə ortaya qoyulsa da, neçə illərdir bu məsələ reallaşmamış qalır:  

“Hesablama Palatasının illik məruzəsində də qeyd olunur ki, 4 il ərzində icbari tibbi sığortaya dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, o hələ də icraiyyə yönəlməmiş vəziyyətdə qalır. Biz də millət vəkilləri olaraq artıq neçə illərdir ki, hər dəfə bu məsələni gündəmə gətiririk. Elə bir müddət öncə hökumətin hesabatı zamanı da məsələni qaldırdıq. Axı nəyə görə siyasi iradə ortada olmasına, icbari tibbi sığortaya büdcədən vəsait ayrılmasına baxmayaraq, bu məsələ indiyə kimi həll olunmamış qalır. Buna nə mane olur ki, icbari tibbi sığorta öz həllini tapmır?". Bir daha qeyd edirəm ki, icbari tibbi sığortasız normal səhiyyəni təsəvvür etmək mümkün deyil. Ona görə nəhayət, icbari tibbi sığortaya keçilməsi ilə bağlı ciddi və təxirəsalınmaz addımlar atılmalıdır. Bu məsələdə yol verilən nöqsanlara son qoyulmasının zamanıdır”.

Millət vəkili Qənirə Paşayeva tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb:

"Bu gün tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Çox təəssüf ki, biz hamımız bu istiqamətdə işlərin ləng getməsini görürük. Bu istiqamətdə işlər təcili sürətlənməlidir, çünki bu məsələ səhiyyə sahəsində həllini gözləyən ən vacib problemdir. Aidiyyatı nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq".
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu