Modern.az

Nazirlik Milli Demokratiya İnstitutu ilə əlaqəsini təkzib etdi

Nazirlik Milli Demokratiya İnstitutu ilə əlaqəsini təkzib etdi

5 Aprel 2013, 17:26

“Gənclər və İdman Nazirliyi rəsmi olaraq ABŞ-ın Milli Demokratiya İnstitutuna heç bir təklif irəli sürməyib”. Bunu Modern.az-a  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev ötən gün Milli Demokratiya İnstitutunun prezidenti Kennet Vollakın açıqlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, K. Vollakan bildirmişdi: “Gənclər və İdman Nazirliyi MDİ proqramlarında bir çox gəncin iştirakını irəli sürüb və MDİ tərəfindən qəbul edilən bütün pul vəsaiti heç bir digər iş üçün yox, sırf bu məqsədlə xərclənib”. 

Mətbuat xidmətinin rəhbəri bildirib ki, onlar heç bir təkliflə Milli Demokratiya İnstitutuna müraciət etməyiblər.  

Şahanə Rəhimli
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu