Modern.az

Deputat: “Rüstəm İbrahimbəyovun tarixdən xəbəri yoxdur”

Deputat: “Rüstəm İbrahimbəyovun tarixdən xəbəri yoxdur”

5 Aprel 2013, 17:35


Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun son müsahibəsi Azərbaycanda birmənalı qarşılanmayıb. Müsahibədə Qarabağ haqqında danışılan fikirlərə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, onun mülahizələri həmişə birtərəfli olub və hansısa məqsəd daşıyıb.

  Milli Məclisin üzvü bildirib ki, R.İbrahimbəyovun tarixdən də xəbəri yoxdur.

“Onun fikri, sözü və mülahizələri hər zaman hansısa məqsəd daşıyıb. Bunlar hamısı şəxsi ambisiyadan, maraqdan doğan söhbətlərdi. Onun  bütün söhbətləri və mülahizələri də o cürədir. Amma biz hər halda Qarabağın tarixini daha yaxşı bilirik. Yaxşı bilirik ki, Qarabağ həmişə Azərbaycanın torpağı olub. Qarabağda azərbaycanlılar yaşayıb və böyük maddi, mənəvi mədəniyyət yaradıb. Bunlarda Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Burada başqa hər hansı bir etnosdan söhbət gedə bilməz. Ermənilər barəsində də ümumiyyətlə söhbət gedə bilməz ki, Qarabağ onların tarixinə aiddir. O hansısa məqsədlə deyilmiş fikirdir və o təbii ki, mənasızdır”, – deyə deputat vurğulayıb.  

Anar Kəlbiyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu