
İlqar Məmmədovun vəkili Fuad Ağayev bu gün İlqar Məmmədova yönəlik həbs qəti imkan tədbirinin girovla əvəz edilməsi haqqında Nəsimi Rayon Məhkəməsində yeni vəsatət qaldırıb.
Modern.az-a REAL hərəkatının mətbuat xidmətindən daxil olan məlumata görə məhkəmə yaxın günlərdə vəsatəti dəyərləndirəcək. Xatırladaq ki, İsmayıllı hadisələrində əhali arasında təxribatçılıq yaratmaqda REAL hərəkatının sədri İlqar Məmmədov əhali arasında ictimai-siyasi sabitliyin pozulmasına yönəlik hərəkətlər etməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə 2 aylıq həbs-qəti imkan tədbiri seçilib. Növbəti dəfə isə həbs qəti-imkan tədbiri daha iki ay müddətinə uzadılıb.
Aqşin Kərimov