Modern.az

Yaralı hərbçimiz Şəhid oldu - YENİLƏNİB

Yaralı hərbçimiz Şəhid oldu - YENİLƏNİB

Hadisə

17 Sentyabr 2022, 22:32

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

 

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah şəhidlərimizə rəhmət eləsin.

 

***

20:30

Daha bir hərbi qulluqçumuz şəhidlik məqamına yüksəlib.

 

Modern.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı ağır yaralanan Yusif Qurbanov bütün tibbi müdaxilələrə baxmayaraq, müalicə aldığı Hərbi Hospitalda vəfat edib.

 

Beləliklə, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın sayı 80-ə çatıb.

 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü