Modern.az

Obama Ərdoğanı görüşə çağırdı

 Obama Ərdoğanı görüşə çağırdı

5 Aprel 2013, 21:49

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenri Barak Obama ilə görüşəcək. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin yaydığı rəsmi məlumatda bildirilir.

Qeyd edilib ki, Ərdoğanla Obamanın görüşü mayın 16-da baş tutacaq.

Səfər zamanı Suriya məsələsi ilə yanaşı, ticarət, iqtisadi məsələlər, eləcə də terrorla mübarizə sahəsində əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu