Modern.az

TQDK XI sinif şagirlərinə xəbərdarlıq etdi

TQDK XI sinif şagirlərinə xəbərdarlıq etdi

5 Aprel 2013, 22:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən orta ümumtəhsil müəssisələrində 2013-cü ildə keçiriləcək monitorinq imtahanları V siniflər üzrə ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənləri üzrə , XI siniflər üzrə ana dili,  riyaziyyat və fizika fənləri üzrə aparılacaqdır.   

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, bu imtahanların nəticələrinin buraxılış imtahanlarının nəticəsinə heç bir təsiri yoxdur. Buraxılış imtahanları IX və XI sinif şagirdləri üçün yalnız ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənlərindən olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu