Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ağsu rayonu, Eyyubbəyli kəndi, Bakı-Yevlax yolunun 170-ci kilometrliyində "ATF" tikinti şirkətinə məxsus, vətəndaş tərəfindən idarə olunan "Kamaz" markalı yük avtomobili 1981-ci il təvəllüdlü Ağakişiyev Araz Yaşar oğluna məxsus "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə minik avtomobilinin sürücüsü A.Y.Ağakişiyev ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib və avtomobildə olan digər vətəndaş müxtəlif bədən xəsarətləri alıb. Meyit və xəsarət alan yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:30-da başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Modern.az