Modern.az

MTRŞ sədri: “Prezident seçkilərinə görə regional TV-lərin açılmasına böyük ehtiyac var”

MTRŞ sədri: “Prezident seçkilərinə görə regional TV-lərin açılmasına böyük ehtiyac var”

6 Aprel 2013, 11:08


“Qanunvericiliyə görə, ölkədə fəaliyyət göstərən bütün televiziya və radiolar yalnız dövlət dilində, yəni Azərbaycan dilində yayımlanmalıdırlar”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli talış dilində radionun açılması məsələsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, onlara Talış İctimai Birliyi tərəfindən belə müraciət edilməyib.

  Şura sədri eyni zamanda müsabiqəsiz yeni televiziya kanallarının açılması məsələsinə də münasibət bildirib. “Yeni açılacaq televiziya kanalı Azərbaycan milli efirində yayımlanmır, peyk yayımı ilə məşğuldur. Ona görə bununla bağlı burada müsabiqə elan olunması qanunda göstərilmir. Lisenziya müsabiqəsiz verilir”.  

N. Məhərrəmli bildirib ki, gələcəkdə yeni televiziya və radio kanallarının açılması mümkün ola bilər. “Gələcəkdə hər şeyi ola bilər və niyə də olmasın. Region televiziya kanallarının artırılmasını çox istərdik. Amma bəzi regionlar var ki, orada bunun üçün zəruri şərait yetişməyib. İstərdik ki, bir sıra Mərkəzi Aran zonasında, Şamaxı rayonunda, Şirvan zonasında televiziyalar açılsın. Qarşıdan prezident seçkiləri gələndə bu cür regional televiziyaların açılmasına çox böyük ehtiyac olur. Amma bunun üçün birinci növbədə zəruri texniki şərait - maddi texniki baza, kadr potensialı, reklam bazarı ilə bağlı zəruri şərait yaransın. Biz əvvəllər bununla bağlı sürətlə işlədik. Amma gördük ki, bu sürəti bir az dayandırmaq lazımdır, əvvəlcə zərurət yaranmasını gözləmək lazımdır”. 

Aytən ƏLİYEVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu