Modern.az

“İkinci Ukrayna” planı - Ermənistan Pelosinin göz yaşlarında boğulacaq

“İkinci Ukrayna” planı - Ermənistan Pelosinin göz yaşlarında boğulacaq

19 Sentyabr 2022, 14:02

Ötən ay Tayvana səfəri ilə Amerika və Çin arasında siyasi qarşıdurma yaradan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu dəfə Ermənistana gedib. O, səfər zamanı Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirərək, Ermənistanın təcavüzkar siyasətinə aşkar şəkildə dəstək nümayiş etdirib. Azərbaycanın səsini eşitməyən, Qarabağın 30 il işğalda qalmasına, yüzlərlə günahsız soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilməsinə göz yuman Pelosi bunun əvəzində erməni təxribatlarına haqq qazandırıb.

 

Təəssüf ki, 82 yaşlı spikerin Çinlə ABŞ-ı üz-üzə qoyandan sonra Azərbaycanı və Türkiyəni hədəfə alması onun siyasi baxışlarının nə qədər təhlükəli olmasından xəbər verir. Qocaman amerikalı siyasətçinin Ermənistana səfəri, oradakı odlu-alovlu çıxışları heç də təsadüfi deyil. Şübhəsiz ki, bunun arxasında şəxsi maraqlar dayanır.

 

Modern.az xəbər verir ki, Amerikanın üçüncü şəxsinin Ermənistana səfəri Vaşinqtonun siyasi ikiüzlülüyündən qaynaqlanır. Bu addım eyni zamanda münaqişənin alovlandırılması və tamamilə yeni müstəvidə davam etdirilməsinə hesablanıb. 

 

Təhlillər göstərir ki, Amerika siyasətçilərinin hər hansı ölkəyə “şəxsi səfərləri” həmin yerlərə xaos, siyasi böhran gətirir. Bunu təsdiqləyən bir neçə faktı göstərmək olar. Sonuncu belə nümunə kimi döyüş meydançasına çevrilən Ukraynanın adını çəkə bilərik. Qərb dünyasının, xüsusilə Amerikanın dəstək verdiyi, müharibəyə təhrik etdiyi bu ölkə indi tarixinin ən dəhşətli günlərini yaşayır. 

 

Ukrayna cəbhəsində vəziyyətin gərgin olduğu məqamda Pelosi daha da irəli gedərək, İrəvana gələn kimi “Biz Azərbaycanın Ermənistana qarşı ölümcül hücumlarını qətiyyətlə pisləyirik” deməklə öz niyyətini ortaya qoyub və açıq şəkildə kimdən yana olduğunu etiraf edib.  

 

Siyasi şərhçilərin fikrincə, Amerika dövlətinin rəsmi mövqeyini əks etdirən bu sözlər ABŞ-ın Ermənistanı ikinci Ukraynaya çevirmək üçün düyməni basması anlamına gəlir. Digər diqqət çəkən məqam ondan ibarətdir ki, Pelosinin səfəri fonunda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb edən ermənilər əllərində Amerika və Ukrayna bayraqları ilə küçələrə axışıblar. Bilbordlardan Putinin və Rusiya bayraqlarının şəkilləri çıxarılıb, onların yerinə Pelosi və ABŞ bayraqlarının fotoları yerləşdirilib. Əlbəttə, bütün bunlar heç də təsadüfə bənzəmir. Görünən odur ki, Ermənistan rəhbərliyi əsas himayədarı olan Rusiyanı bir göz qırpımında Qərbin caynaqları arasında buraxmağa hazırdır.

 

Ermənilər düşünürlər ki, Rusiya onları Azərbaycana qarşı müharibədə tək qoyub. Bunu əllərində əsas tutan erməni silahlıları Azərbaycanın qətiyyətli mövqeyindən əl çəkmədiyini gördükdə, diqqəti yayındırma taktikasına əl ataraq, hücuma başlayıblar. Rusiya-Türkiyə yaxınlığı bu plana mane olanda isə Ermənistan yeni taktika axtarışına çıxıb. ABŞ-ı regiona dəvət etmək planı məhz belə addımlardan biri kimi dəyərləndirilə bilər. 

 

Rusiyanı hərtərəfli müharibəyə məcbur etmək istəyən ABŞ bu məqsədlə Ukraynadan sonra Ermənistana pul xərcləməyə başlayıb. Əlbəttə, erməni elitası ABŞ-ın girdiyi yerə qan və ölüm gətirməsindən xəbərsiz ola bilməz. Lakin onların içində olduqları əhval-ruhiyyə vandalları hər cür riskə getməyə vadar edir. Nəticə isə dəyişməz qalacaq. Ermənistan törətdiyi hər bir təxribata ölümcül cavab zərbəsi alacaq. 

 

Bəs, Pelosinin niyyəti nədir?  

 

Bayden administrasiyanın aparıcı simalarından olan Pelosi hər zaman türklərə nifrət bəsləyib. O, erməniləri Azərbaycana və Türkiyəyə qarşı təxribata təhrik edən mövqeyi ilə tanınıb. Spikerin İrəvana gəlməkdə əsas məqsədi erməniləri növbəti dəfə münaqişəyə ruhlandırmaqdır. Siyasi karyerası erməniçiliyə rəğbət və dəstək üzərində qurulan Pelosi bunu təmənnasız etmir. Belə ki, ermənilər 1987-ci ildən bəri Pelosinin seçki kampaniyası üçün ianə toplayır, onu maliyyələşdirir və təbliğat aparırlar. 2007-ci ildən başlayaraq Pelosi erməni diasporunun dəstəyi sayəsində Nümayəndələr Palatasına dörd dəfə sədr seçilib. 

 

 ABŞ-da ermənilərin ən fəal lobbiçilərindən sayılan Nensi Pelosi son 30 ildə Ermənistanın işğal faktına dəstək verib. Konqresdə Azərbaycan əleyhinə qərarların qəbulunda iştirak edib. ABŞ konqresində qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin əsas müəlliflərindən biri də məhz Pelosi olub.

 

82 yaşlı spiker noyabrda ABŞ-da keçiriləcək növbəti aralıq seçkilərə hazırlaşır. Bu dəfə də onun ermənilərin səsinə və dəstəyinə ehtiyacı var. Buna nail olmaq üçün xanım Pelosi Azərbaycanı “işğalçı”, Ermənistanı “sülhsevər və təcavüzə məruz qalan ölkə” adlandırır. Pelosini Ermənistana gətirən yeganə səbəblərdən biri də noyabr seçkiləridir.   

 

Noyabr ayında keçiriləcək seçkilərdə o, erməni diasporunun səsini qazanmağı hədəfləyir. Belə ki, Pelosinin təmsil etdiyi bölgənin əhalisinin 40%-i ermənilərdən ibarətdir. Ona görə də konqresmenin səfər proqramı yalnız Ermənistanla yekunlaşır. Hətta Pelosi bunun üçün münasib vaxt da tapa bilib. Ermənistanın Azərbaycan sərhəddində hərbi təxribat törətdiyi bir dönəmdə Nensi Pelosi qəfil Almaniyadakı səfər proqramına korrektələr edərək İrəvanın “Zvarnots” hava limanına eniş edib. Bölgədə hərbi və geosiyasi qarşıdurmanın artması fonunda Azərbaycanla Ermənistan arsında baş verən döyüşlər Pelosi üçün ciddi manipulyasiya imkanı açıb, desək yanılmarıq.  

 

Maraqlıdır ki, Pelosi ermənilərdən fərqli olaraq amerikalılar arasında o qədər də sevilən fiqur deyil. Bir çoxları onu ciddi siyasətçi kimi qəbul etmir. 

 

Pelosi bir neçə dəfə prezident seçkilərində iştirak etsə də, xalq tərəfindən lazımlı səsi toplaya bilmədiyinə görə mübarizədən kənarda qalıb. 2008-ci ildə Barak Obama, 2016-cı ildə Donald Tramp prezident seçkilərində Pelosinin ciddi siyasi fiqur və rəqib olmadığını bildiriblər. Lakin o, yenə seçkilərə getməkdə israrlıdır. Bu dəfə əsas ümid yeri erməni barbarlarıdır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü