Modern.az

“Rüstəm İbrahimbəyov iki günə Bakıya qayıdır”

 “Rüstəm İbrahimbəyov iki günə Bakıya qayıdır”

6 Aprel 2013, 11:10

Azərbaycan Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahimbəyovun yaxın günlərdə Bakıya qayıdacağı haqda məlumatlar yayılıb. Mətbuatda fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin sözcüsü kimi tanınan bloqer Elnur Məcidli facebook səhifəsində status yazaraq Rüstəm İbrahimbəyovun iki gündən sonra Bakıya qayıdacağını bildirib.

“Rüstəm İbrahimbəyov təsisçisi olduğu qurumları qorumaq üçün iki günə Bakıya dönür”.

Məsələni dəqiqləşdirmək üçün Ziyalılar Forumunun və “EL” hərəkatının üzvü Eldəniz Quliyevlə əlaqə saxladıq. E.Quliyev Rüstəm İbrahimbəyovun Bakıya qayıdacağını desə də bunun nə zaman baş tutacağından məlumatsız olduğunu bildirib.

“Rüstəm bəylə ən son mən əlaqə saxlamışam. Dünən bizim telefon danışığımız olub. Yəqin ki, iki günə Bakıya gələrsə bizim məlumatımız olardı. Təbii ki, Rüstəm bəy Bakıya dönəcək.”-deyə bildirib.

E.Quliyev daha sonra Ziyalılar Forumunun növbəti iclasının vaxtını açıqlayıb.

“İnşallah gələn həftənin çərşənbə günü Ziyalılar Forumunun böyük iclası keçiriləcək”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu