Erməniləri dəstəkləyən ukraynalı müğənni Tina Karolun Bakı konserti ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə iTicket.az sosial şəbəkə hesabında məlumat yayıb.
“15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karol konserti ləğv edildi! Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!”, - paylaşımda deyilir.
Daha əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskixin konserti ləğv edilib.