Samur-Abşeron kanalından kişi meyiti tapılıb.
Modern.az xəbər verir ki, meyit kanalın Qubanın Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyiti tapılan şəxsin Paşaoba kənd sakini, 55 yaşlı Güloğlan Məmmədrzayev olduğu məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.