Modern.az

Sabahdan yay havası başlayır

Sabahdan yay havası başlayır

6 Aprel 2013, 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Modern.az-a verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarmadasında hava əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Temperatur gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 3-də havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 4 dərəcə yüksək olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 16-20, Aran rayonlarında 17-23 dərəcə isti olub. Naxçıvan Muxtar Respublikasında isə havanın temperaturu 25 dərəcəyə kimi yüksəlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu