Modern.az

Ukraynada ölən mülki şəxslərin sayı dəqiqləşdi

Ukraynada ölən mülki şəxslərin sayı dəqiqləşdi

Dünya

19 Sentyabr 2022, 18:18

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 5916 nəfər mülki şəxs həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

 

Məlumata görə, Ukraynada müharibə başlayandan bəri 8616 nəfər mülki şəxs yaralanıb. Ölənlərin 2306-sı kişi, 1582-si qadın, 156-sı qız və 188-i oğlandır.

 

Bundan əlavə, ölənlər arasında cinsiyyəti hələlik məlum olmayan 35 uşaq və 1649 böyük var.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi