Modern.az

Zakir Qaralov rayon prokurorları ilə müşavirə keçirib

Zakir Qaralov rayon prokurorları ilə müşavirə keçirib

6 Aprel 2013, 17:02


Azərbaycanın Baş prokuroru Zakir Qaralov aprelin 5-də Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilmiş qəbul zamanı qeyd edilən rayonlardan 200-ə yaxın vətəndaşın müraciətlərinə baxılmaqla, səlahiyyət hədləri daxilində onların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilməklə, konkret ərizə və şikayətlər üzrə yerində real tədbirlər görülüb.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən qərb bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Vətəndaşların qəbulu ərəfəsində Baş prokuror Zakir Qaralov Ağstafa rayonundan olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından onlara ərzaq yardımı göstərilib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu