Modern.az

Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu

Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu

Dünya

20 Sentyabr 2022, 10:06

İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazəm as-Sadiq açıqlayıb.

 

Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.

 

O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.

 

İraq hakimiyyətinin rəsmi məlumatlarına görə, 2022-ci ildə Ərbəində 21 milyondan çox insan iştirak edib ki, onların da 15 milyonu İraqın müxtəlif əyalətlərindən, qalanları isə xaricdəndir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi