Modern.az

İbrahim İbrahimlini Naxçıvanda döyüblər

İbrahim İbrahimlini Naxçıvanda döyüblər

6 Aprel 2013, 18:28


İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü, eks-deputat İbrahim İbrahimli Naxçıvanda misli görünməmiş vəhşiliklə üzləşib. Onu qəddarcasına döyüblər.

Modern.az-ın məlumatına görə, İbrahim İbrahimli cavan bacısı oğlunun vəfatı ilə əlaqədar Naxçıvana gedibmiş. O yas məclisində olduğu vaxtda kimlikləri hələlik bəlli olmayan bir dəstə mağara hücum ediblər. Hadisə saat 12 radələrində baş verib.

Baş verən hadisə barədə musavat.com-a danışan İbrahim İbrahimli xəbəri təsdiqləyiərək bildirib ki, hadisə xərçəng xəstəliyindən vəfat edən bacısı oğlunun dəfninin ikinci günü-aprelin 6-da baş verib. Onun sözlərinə görə, əvvəlcə yas mağarında tanımadığı şəxslər onunla mübahisə ediblər: “Naxçıvanın Tumbur kəndində idim. Dedilər ki, bura niyə gəlmisən, başqa-başqa şeylər danışırsan, filan. Onlar öyrədilmiş şəxslər idi. Yas yerində problem yaranmaması üçün oradan çıxdım. Yolda qabağımı kəsdilər, öz maşınlarına otuzdurdular, Duzdağ deyilən əraziyə gətirdilər. Həmin şəxslər mənim başıma torba keçirdilər, söyməyə, hədə-qorxu gəlməyə başladılar. Onlar mənə fiziki xəsarət yetirdilər, geyimlərimi cırdılar. Sonra da məni orada qoyub çıxıb getdilər”.

O hesab edir ki, baş verənlər onun siyasi fəaliyyəti, İctimai Palata daxilində fəaliyyəti ilə bağlıdır. O, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini də vurğulayıb.

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu