Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il üçün abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanını keçirir. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sınaq imtahanı respublikanın 28 şəhər və rayonunda keçirilir.
46 binada keçiriləcək imtahanda 34464 abituriyentin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, təkrar sınaq imtahanı aprelin 14-də keçiriləcək.
Modern.az