Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs saxlanılıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, girov götürülən 12 nəfər xilas edilib.
Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.
***
14:12
Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs yeni tələblər irəli sürüb.
Modern.az xəbər verir ki, o, helikopter, tilov və Rusiya bayrağı istəyir. Əvvəlki iki milyon dollar tələbi də qüvvədədir.
Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə bir saatdan az müddət qalıb.
***
13:30
Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.
Modern.az xarici KİV-lərə sitinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.
İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.