Modern.az

II Qaregin Ter-Petrosyanın ayağına niyə getdi? - TƏFƏRRÜAT

II Qaregin Ter-Petrosyanın ayağına niyə getdi? - TƏFƏRRÜAT

Dünya

20 Sentyabr 2022, 13:56

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla onun evində görüşüb.

Modern.az xəbər verir ki, bu barədə birinci prezidentin ofisi məlumat yayıb.

Həmin məlumatda deyilir ki, “söhbət zamanı həm xarici təhlükəsizlik, həm də Ermənistanın son dərəcə gərginləşmiş daxili siyasi vəziyyəti və problemlərin aradan qaldırılmasının mümkün yolları ilə bağlı məsələlərə toxunulub”.

Xəbərdə qeyd olunur ki, II Qaregin Levon Ter-Petrosyanla bu il ikinci dəfədir görüşür. İlk görüş bu il fevralın 23-də baş tutub.

Ermənistan mətbuatı dünənki görüş haqda yazır ki, katolikosun şəxsən keçmiş prezidentin evinə getməsi ciddi mətləblərdən xəbər verir.

“Görünür onun danışmaq istədiyi məsələlər çox vacib, hətta həyati əhəmiyyət kəsb edir. 2008-ci il martın 1-də ölkədə vəziyyət çox ağır idi və o zaman da katalikosun belə bir təşəbbüsü olmuşdu. O zaman görüş baş tutmamışdı. Budəfəki görüşün baş tutması, müzakirələrin getməsi artıq düşmüş olduğumuz vəziyyətin daha ciddiliyindən xəbər verir. Başqa sözlə, dövlətçiliyimiz, vətənimizin varlığı məsələsi müzakirə olunub”, - deyə “Hraparak” yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi