Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və icərisində təmirə dayanmış 1 ədəd "Mercedes" və 2 ədəd "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi və 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın saat 05:50-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az