Modern.az

Çavuşoğlu Blinkenlə sərhəddəki gərginliyi müzakirə etdi - YENİLƏNİB 

Çavuşoğlu Blinkenlə sərhəddəki gərginliyi müzakirə etdi - YENİLƏNİB 

Dünya

20 Sentyabr 2022, 21:18

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

 

Qeyd olunub ki, Blinken ABŞ-ın iki ölkə arasında dialoqu təşviq etməyə və uzunmüddətli siyasi nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib.

 

***

17:44

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.

 

Tərəflər iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsi və bölgəni əhatə edən digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi