Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır. Temperatur gecə 8-13° , gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaqdır. Bakıda gecə 9-11°, gündüz 20-22° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasınd hava əsasən yağmursuz keçəcəkdirgözlənilir.Temperaturun gecə 6-11°, gündüz 19-24°, bəzi yerlərdə 29°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 26° isti olacağı gözlənilir. Dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 29°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 10-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-20° isti olacağı gözlənilir.
Modern.az