Modern.az

KTMT-nin Baş katibi Ermənistana səfər edib

KTMT-nin Baş katibi Ermənistana səfər edib

Dünya

20 Sentyabr 2022, 20:57

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün İrəvana gediblər.

 

Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi