Modern.az

Senatorlar F-16 qırıcılarının satışına müsbət rəy verib - Ərdoğan 

Senatorlar F-16 qırıcılarının satışına müsbət rəy verib - Ərdoğan 

Dünya

20 Sentyabr 2022, 22:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşdüyü iki ABŞ senatorunun Ankaraya F-16 qırıcılarının satışına müsbət rəy verdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib.

 

“Onlar müsbət danışırlar", - Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşündən əvvəl deyib.

 

Məlumata görə, Ərdoğan Nyu-Yorkda ABŞ senatorları Lindsey Qraham və Kris Kuns ilə görüşüb.

 

ABŞ prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandıran Türkiyə lideri Baydenin ev sahibliyi edəcəyi ziyafətə qatılacağını söyləyib.

 

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın modernləşdirmə dəsti almaq istəyir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi