ABŞ-ın dövlət katibi Con Kerri Türkiyəyə səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ problemini müzakirə edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Kerri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi və eləcə də Azərbaycanın ermənilər tərəfindən işğal olunan rayonlarının azad olunması ilə bağlı geniş müzakirə aparıb.
Müzakirələrdə regional məsələlər, Cənubi Qafqazdakı vəziyyət, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az