Modern.az

Rusiya bu ölkəyə döyüş təyyarələri verəcək 

Rusiya bu ölkəyə döyüş təyyarələri verəcək 

Dünya

20 Sentyabr 2022, 23:30

Yaxın vaxtlarda Rusiya Myanmaya bir neçə Su-30 SM qırıcısını tədarük edəcək.

 

Modern.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu barədə Myanma hərbi hökumətinin informasiya nazirinin müavini Zo Min Tun bildirib.

 

O vurğulayıb ki, baş nazir Min Aunq Hlein İrkutska son səfəri zamanı təyyarələrin istehsalı və sınaqdan keçirilməsinə baxış keçirib.

 

"Onların hamısı yaxın gələcəkdə təhvil veriləcək", - deyə nazir müavini vurğulayıb.

 

Qeyd edək ki, Myanmaya qırıcılar 2018-ci ildə imzalanmış, təqribən 204 milyon dollar dəyərində olan müqavilə əsasında tədarük edilir. İlk iki təyyarə bu ilin martında təhvil verilib, qalan dörd təyyarə isə yaxın vaxtlarda tədarük ediləcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi