Bakıda bu gün səhər saatlarında sərnişin avtobusu yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunda "Otoyol" markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb.
Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəsarət alan olmayıb.
Modern.az