Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

Hadisə

21 Sentyabr 2022, 15:24

Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisindən itkin düşdüyü müəyyən edilib. 


Ramin Mahmudovun  əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub. Qeyd edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04  şəhər və  (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Qardaş yumruğu” İranı qorxuya saldı