Arxangelskdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb - FOTO

Arxangelskdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb - FOTO

21 Sentyabr 2022, 17:36

Rusiyanın Arxangelsk şəhərindəki 31 saylı Uşaq İncəsənət Məktəbində əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.

 

Modern.az xəbər verir ki, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və Arxangelsk şəhər administrasiyasının birgə həyata keçirdiyi bu layihə Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə elan etdiyi “Rusiya xalqlarının mədəni irsi” ilinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

 

Açılış mərasimində yerli hakimiyyət orqanlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, şəhər ictimaiyyətini bu mədəni hadisə münasibətilə təbrik ediblər. Natiqlər layihənin gerçəkləşdirilməsinə görə “Arxangelsk vilayətinin Azərbaycan diasporu” təşkilatının sədri Tərlan Qasımova minnətdarlıqlarını bildiriblər. Azərbaycan diasporunun Arxangelsk vilayəti ilə Azərbaycan Respublikası arasında millətlərarası münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində töhfələr verməsi, sosial-mədəni sahədə çoxlu sayda uğurlu layihələr həyata keçirməsi yüksək qiymətləndirilib. “Rusiya xalqlarının mədəni irsi” ili çərçivəsində təşkilatın Lomonosov adına Şimali Arktika Federal Universitetində görkəmli geoloq Fərman Salmanovun adını daşıyan elmi laboratoriyanın açılması layihəsini də gerçəkləşdirdiyi nəzərə çatdırılıb.

 

Sonra görkəmli sənətkarın ömür yoldaşı, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya və Azərbaycanın xalq artisti, Adıgey Respublikasının əməkdar artisti Emin Ağalarovun tədbir iştirakçılarına video-təbrikləri təqdim edilib.

 

Tədbirin bədii hissəsində Azərbaycan milli musiqisi və Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır