Modern.az

Vəkil: “Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət hazırlanır” - AÇIQLAMA

Vəkil: “Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət hazırlanır” - AÇIQLAMA

8 Aprel 2013, 12:39

“Yaxın günlərdə Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsadət qaldıracağam”. Bu sözləri Modern.az saytına açıqlamasında həbsdə olan eks-deputatın vəkili Raqif Mustafayev məlumat verib.

“Bu mənim öz fikrimdir. Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracağam. Amma vəsatətin təmin olunması ehtimalı çox azdır. Çünki bizim məhkəmələrin hamısının necə işləməsi hamıya məlumdur. Vəsatət qəbul olunmasa, Apellyasiya Məhkəməsinə verəcəyəm”.

Vəkil bildirib ki, Gülər Əhmədova ilə ötən həftənin cümə axşamı günü görüşüb. “Aprelin 10-da Gülər Əhmədova ilə yenidən görüşəcəyəm”-deyən vəkil eks-deputatın KİV-lərdə Gülər Əhmədovanın 1 milyon dollar aldığını etiraf etməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib. Raqif Mustafayev yayılan məlumatın şayiə olduğunu bildirib. Onun sözlərinə görə, həqiqət üzə çıxdığından bəziləri bunu həzm edə bilmir. Ona görə də belə şayiələr yayırlar:

“Çoxları görür ki, Gülər Əhmədova günahsız, sübutsuz tutulub. Bunu həzm edə bilmirlər. Odur ki, belə şayiələr yayırlar. Bunların heç biri həqiqətə uyğun deyil”.

Gültəkin Ələsgər 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu