Modern.az

Müsavat hələ də Abutalıbovdan cavab gözləyir

Müsavat hələ də Abutalıbovdan cavab gözləyir

8 Aprel 2013, 12:47

Müsavat Partiyasının qurultay problemi hələ də öz həllini tapmayıb. Partiyanın mötəbər qurultayının keçirilməsi üçün dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsə də məsələ həll edilməmiş qalır.

Müsavat Partiyası ötən il qurultayın Türkiyə və Gürcüstanda keçirilməsi barədə geniş müzakirələrə başlasa da bu bir nəticə vermədi. Bəs, belə olan halda İsa Qəmbərin başqanı olduğu partiya qurultay işini necə həll edəcək?

Partiya başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında qurultayla bağlı Bakı şəhəri İcra Hakimiyyəti indiyədən onların müraciətlərinə rəsmi cavab vermədiyindən bu istiqamətdə heç bir yenilik yoxdur.

“Qurultayla bağlı heç bir yenilik yoxdur. Biz dəfələrlə müraciət etmişik. İndi də cavab gözləyirik. Növbəti dəfə müraciətin edilib-edilməyəcəyini təşkilat komitəsi qərar verəcək”.

Bakı şəhər İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən isə bildirilib ki, Müsavat partiyasının müraciətlərinə uyğun olaraq onlara qurultay keçirmək üçün münasib yerlər ayrılıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu