Modern.az

Bakıda hava yenə isti olacaq

Bakıda hava yenə isti olacaq

8 Aprel 2013, 13:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman müşahidə ediləcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə isə 26 dərəcəyə kimi isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək caxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28 dərəcə isti olacaq. Bəzi yerlərdə hərarət 30 dərəcəyə kimi yüksələcək. Dağlarda gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti gözlənilir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu