Rusiya prezidenti Vladimir Putin FEMEN qadın hərəkatının bu gün Hannoverdə keçirdiyi aksiyaya münasibətini bildirib. Modern.az-ı məlumatına görə, Almaniya kansleri Merkel ilə keçirdiyi mətbuat konfransında Putin qızların çılpaq aksiyasını bəyəndiyini deyib.
“Aksiya mənim xoşuma gəldi. Biz əvvəldən bilirdik ki, belə aksiya hazırlanır. Ukrayanlı qızlar bizə bu yarmarakının təbliğ olunmasında çox kömək etdilər. Yoxsa bu yarmarka barədə az danışılacaqdı”.
Putin qızların səslənidridiyi şüarları eşidə bilmədiyini vurğulayıb. “Orada hansı şüarların səslənidiyini eşidə bilmədim. Mühafizə oqədər sürətlə işlədi ki.. Yekə -yekə oğlanalar qızların üstünə çox sərt getdilər. Qızlarla daha yumşaq rəftar etmək olardı. Biz artıq belə aksiyalara öyrəncəliyik. Əgər kimsə siyasi məsələləri müzakirə etmək istəyirsə, yaxşı olardı bunu çılpaq yox, paltar geyərək eləsin. Soyunmaq üçün başqa məkanlar var”-deyə Putin ironiya ilə bildirib.
Modern.az