Modern.az

ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq etdi 

ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq etdi 

22 Sentyabr 2022, 19:49

ABŞ İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, 22 yaşlı Məhsa Əmininin polis şöbəsində öldürülməsinə görə iranlı yüksək vəzifəli şəxslərə bir sıra qadağalar qoyulub.

 

Siyahıda İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəri daxil olmaqla 7 nəfər var.

 

“Məhsa Əmini əxlaq polisinin nəzarətində olan cəsarətli qadın idi və onun ölümü İran rejiminin təhlükəsizlik qüvvələrinin öz xalqına qarşı növbəti zorakılığıdır. Biz bu vicdansız hərəkəti ən kəskin şəkildə pisləyirik və İran hökumətini qadınlara qarşı zorakılığına, ifadə və toplaşma azadlığına qarşı davam edən zorakılığa son qoymağa çağırırıq”, - deyə ABŞ maliyyə naziri Janet Yellen bildirib.

 

Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir