Modern.az

Onlar dövlət rüsumundan azad edilə bilər

Onlar dövlət rüsumundan azad edilə bilər

Aktual

23 Sentyabr 2022, 12:00

Tütün məmulatlarını istehsal və idxal edənlərin məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunması təklif olunur.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar “Dövlət rüsumu haqqında” Qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi bildirişi aldıqları tarixdən etibarən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad edilməsi təklif olunur.

 

Qanun layihəsində, həmçinin Dövlət Vergi Xidməti tərəfindən yuxarıda qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halı da nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!