Modern.az

Nə qədər ki, sərhəd yoxdur... - Delimitasiya ilə bağlı önəmli MESAJ

Nə qədər ki, sərhəd yoxdur... - Delimitasiya ilə bağlı önəmli MESAJ

23 Sentyabr 2022, 12:16

“Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən öz çıxışında mühüm məqam kimi məhz sərhədlərin delimitasiya və demarkasiyasının vacib olmasını bir daha gündəmə gətirdi. Bütün dünya ictimaiyyətinə mesaj verdi ki, delimitasiya və demarkasiya olmadan, Azərbaycan-Ermənistan sərhədi müəyyən edilmədən heç kim ittihamlar səsləndirə bilməz. Ermənistan iddia edə bilməz ki, Azərbaycan kiminsə sərhədinə keçib, orada əməliyyatlar aparıb”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. O qeyd edib ki, dəfələrlə delimitasiya və demarkasiya haqqında komissiyaların tərkibinin müəyyənləşdirilməsi gündəmə gəlib.

 

“Azərbaycan dəfələrlə bildirib ki, sərhədin müəyyənləşdirilməsini yekunlaşdırmaq lazımdır. Bu gün sərhədin olmaması Ermənistan tərəfin birbaşa özünün cavabdehliyidir. Ermənistanın boş-boşuna dünyaya car çəkməsi, guya ərazisinə müdaxilə olunduğunu iddia etməsi mənasızdır. 1920, 1970, 1969-cu ilin xəritələrindən istifadə etməklə sərhədləri birmənalı şəkildə müəyyənləşdirmək lazımdır. Ermənistan isə buna razılaşmadı. Azərbaycan öz tarixi xəritələrini ortaya qoyub, ərazilərini bərpa etməklə məşğuldur. Çünki onlar yüksəklikləri qeyri-qanuni zəbt edərək, Azərbaycan ərazisini daim atəş altında saxlamağa cəhd edirlər, təxribatlar törədirlər. 12-14 sentyabrda baş verənlər də məhz ermənilərin günahıdır. Biz onların təxribatının qarşısını almaq məqsədilə atdığımız addımlar sayəsində tarixi ərazilərimizdə olan mövqelərimizi yenidən bərpa etdik. Ona görə də Prezident birmənalı şəkildə bildirdi ki, nə qədər sərhəd yoxdur, ermənilər hansısa problemi öz xeyirlərinə qaldıra bilməz”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində səfərdə olarkən delimitasiya ilə önəmli mesajlar verib.

 

“Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”, - deyə ölkə başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi