Modern.az

Nuşirəvan Məhərrəmli narazıları İTV-nin baş direktor seçkisinə dəvət etdi

Nuşirəvan Məhərrəmli narazıları İTV-nin baş direktor seçkisinə dəvət etdi

Media

8 Aprel 2013, 17:42


“Baş direktorun seçilməsi ilə bağlı Yayım Şurasında seçkilər tam şəffaf keçirilir, keçirilməkdədir və keçiriləcək”. Bu sözləri Modern.az saytına açıqlamasında İctimai Televizi və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli baş direktorun seçilməsi ilə bağlı seçkilərin formal xarakter daşıdığı barədə səslənən fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, əvvəlki seçki dövrlərində olduğu kimi, hazırda da prosesə ciddi yanaşılır.

“Bilmirəm bu informasiyaları haradan götürüb belə qeyd edirlər. Hər halda biz hamının fikrinə hörmətlə yanaşırıq. Qeyd etməliyəm ki, əvvəlki seçki dövrlərində namizədlərin seçilməsi və onların səsə qoyulmasına ciddi yanaşılıb, hər iki seçki dövründə orada ciddi adamlar iştirak edib və Yayım Şurası səsvermədə 9 nəfərin səsini almış insanı seçib. Yayım Şurası müstəqil qurumdur, heç kim bizə təsir edə bilməz”.

C.Məmmədli İTV-də müxalifət düşərgəsindən olanların ciddi müzakirələrə dəvət olunmaması fikirlərinə də münasibət bildirib.
“Bunlar həmin insanların şəxsi fikirləridir. Amma prinsipcə İTV-də Azərbaycan cəmiyyətinin bütün tərəfləri, bütün qatları həmişə görünür və görünməkdədir və bundan sonra da görünəcək”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, seçkilərin şəffaf keçirilməsinə inanmayanlar seçkilərdə iştirak edə bilərlər.

“Gəlib iştirak etsinlər, görsünlər bu proses formaldır, yoxsa yox. “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun görə Milli Teleradio Şurası seçkilərin keçirilməsinə hüquqi nəzarəti həyata keçirir. Buna görə də baş direktorun seçilməsi üçün Telaradio Şurası müsabiqə elan edir. Biz namizədlərin sənədlərini yığıb Yayım Şurasının üzvlərinə verəcəyik və Yayım Şurası da seçkini keçirəcək. Kim layiqdirsə, o da seçiləcək. Burada seçkilər tam şəffaf şəkildə keçirilir”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi