Modern.az

Nazilik gizli məşğulluğa qarşı mübarizə aparırı

Nazilik gizli məşğulluğa qarşı mübarizə aparırı

8 Aprel 2013, 18:00

Respublika hökumətinin 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair iclasında Prezident İlham Əliyevin ölkənin  əmək bazarına daha güclü nəzarət olunması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə verdiyi tapşırığın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-fevral aylarında da məqsədyönlü işlər görülüb. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu müddətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə çox, yəni 3538 nəfərlə əmək müqaviləsinin bağlatdırılması təmin edilib. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ümumiyyətlə, cari ilin ilk üç ayında Xidmət tərəfindən 1895-i özəl sektora aid ümumilikdə 2231 müəssisə və təşkilatda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Həmçinin vətəndaşlardan, müəssisə və təşkilatlardan daxil olmuş 941 ərizə və 289 sorğu araşdırılıb. Dövlət nəzarətinin həyata keçirilməsi və müraciətlərin araşdırılması zamanı iş yerlərində 4075 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib, inzibati xətalara görə 78770 manat cərimə tətbiq olunub.  Qeyd olunan müddətdə ümumilikdə 249590 manat məbləğində gecikdirilmiş ödəmələrin, o cümlədən 227652 manat əmək haqqının, 11992 manat zərərə görə ödəncin, 9946 manat sosial müavinət və kompensasiyanın ödətdirilməsi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 11 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin edilib.

Şahanə Rəhimli  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu