Modern.az

İsa Qəmbər: “Tanrı Tetçerə qiymətini verəcək”

İsa Qəmbər: “Tanrı Tetçerə qiymətini verəcək”

8 Aprel 2013, 18:35


Müsavat başqanı İsa Qəmbər Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə bağlı təəssüratlarını bölüşüb. Müsavat.com-a açıqlamasında İsa Qəmbər bildirib ki, Marqaret Tetçer çox böyük bir siyasət, dövlət adamı idi.

"XX əsrin ikinci yarısında dünya siyasətini müəyyənləşdirən şəxslərdən biri idi. Güclü iradə sahibi olan Marqaret Tetçerin “Dəmir ledi” adlandırılması da təsadüfi deyil. Tetçer nə istədiyini bilən, nə istədiyinə doğru qətiyyətlə irəliləyən bir dövlət xadimi idi. Azərbaycana baxışlarına gəldikdə isə onun Elçibəy hakimiyyətinin ilk ilində - 1992-ci ilin sentyabrında Azərbaycan gəlməsi müstəqilliyini yeni bərpa edən bir ölkə üçün böyük dəyər idi. Təbii o, Bakıda İngiltərənin maraqlarını təmsil edirdi. Ancaq mən açıq-aydın hiss edirdim ki, xanım Tetçer Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasını, qanunların hamı üçün bərabər olmasını, Azərbaycanın çağdaş dünyanın bir hissəsinə çevrilməsini istəyir. Mən o zaman Milli Məclisin sədri kimi həm Marqaret Tetçerin qarşılanma və yola salınma mərasimlərində iştirak etmişdim, həm onunla təkbətək söhbətimiz olmuşdu. Çox fərqli bir insan idi. Yəqin ki, Tanrı qiymətini verəcək”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu