Ukraynanın Azərbaycan Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatı aprelin 7-dən etibarən "Sağlam həyat tərzi" şüarı altında layihə həyata keçirməyə başlayıb. Layihənin təşəbbüskarı təşkilatın sədri Elza Bəkirovadır.
Modern.az-ın məlumatına görə, E.Bəkirova bu layihə ilə ukraynalıları sağlam həyat tərzi yaşamağa dəvət edib.
Layihə çərçivəsində Ukraynanın Azərbaycan Gənclər Birliyi Dnepropetrovsk vilayət təşkilatının komandası bir ay ərzində "Siqaret sağlamlığa zərərdir, narkotikə və QİÇS-ə STOP" mövzusunda treninqlər keçirəcəklər. İlk treninqlərə aprelin 7-dən Dnepropetrovkinin orta məktəblərində start verilib.
Təşkilat sədri qeyd edib ki, layihə gəncləri sağlam və düzgün yola yönəltmək məqsədi daşıyır. "Axı gənclər gələcək deməkdir. Hər bir millətin gələcəyi onların gəncləridir, həyat onlarla davam edəcək. Gələcəyimiz olan gəncləri sağlam və düzgün yola yönəltmək borcumuzdur. Sağlam, düzgün olmayan gəncdən nə gözləmək olar?"
Qeyd edək ki, bu layihəyə Dnepropetrovski Vilayəti Bədən Tərbiyəsi, Ailə və Gənclər Administiratorluğu dəstək verir.
Modern.az