Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını və özünü güllələyib
Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi hissəsində qanlı olay baş verib. Musavat.com-un məlumatına görə, aprelin 8-də Milli Ordunun əsgəri Türkan Əhədzadə avtomatdan atəş açaraq əsgər yoldaşı Hidayət Hacıyevi güllələyib. T. Əhədzadə daha sonra öz ayağına atəş açıb. H. Hacıyev qarın nahiyəsindən, T. Əhədzadə isə ayağından aldığı güllə yaraları ilə hospitala yerləşdiriliblər. Modern.az